Türkiyənin Polşadakı səfirliyinə Molotov kokteyli atıldı

turkiyenin-polsadaki-sefirliyine-molotov-kokteyli-atildi
Oxunma sayı: 1263

Türkiyənin Polşadakı səfirliyinin inzibati binasına içərisində tezalışan maye olan şüşə atılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə RMF radiostansiyası məlumat yayıb.

Şəhər polisinin məlumatına görə, 34 yaşlı Türkiyə vətəndaşı diplomatik missiyasının binasına Molotov kokteyli atıb.

Qeyd edilib ki, hadisəni törədənlər iki nəfər olublar, onlardan biri qaça bilib. Həmçinin bildirilib ki, səfirliyin yaxınlığındakı səkidə daha dörd Molotov kokteyli olan bağlama tapılıb.

Zərərçəkənlər və maddi ziyan barədə hələlik məlumat verilmir.