Aprelin 12-də Hakkarinin Dağlıca bölgəsində PKK-ya qarşı əməliyyatlar zamanı baş verən partlayışda 1 əsgər şəhid olub, 4 əsgər yaralanıb. Şırnakda isə 1 əsgər şəhid olub, 3 əsgər xəsarət alıb.
“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Baş Qərargahın mətbuat xidmətindən bildirilib.
Aprelin 11-də Diyarbəkirin Hani rayonunda polis bölməsinə bombalı hücum nəticəsində isə 3 əsgər şəhid olub, 40 əsgər yaralanıb.
Qeyd edək ki, Şırnakdakı partlayışın səbəbi hələ ki, bilinmir.
Son xəbərlər
Son Xəbərlər