Türkiyənin məişət texnikası və elektronikalar istehsalçısı olan “Vestel” şirkəti Rusiyanın Vladimir vilayətində televizorların istehsalı üzrə zavodu bağlayıb.
“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, bu barədə “Vestel” şırkətinin baş direktoru Turan Ərdoğan xəbər verib.
Ərdoğan qeyd edib ki, bu haqda qərar Rusiyaya məxsus “SU-24” təyyarəsinin vurulması hadisəsindən daha əvvəl qəbul edilib və Rusiyadakı iqtisadi böhranla bağlıdır.
"Bizim qərarımız vurulan təyyarəyə görə iki ölkənin münasibətlərin gərginləşməsiylə bağlı deyil. İstehsalın dayanması Rusiyada iqtisadi böhranla əlaqədardır. Bizdə başqa ölkədə və ya Türkiyədə yeni zavodun açılışı üzrə planlar var", - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, 2003-cü ildə Rusiyaya gələn “Vestel” burada televizorların istehsalı üzrə fabriki tikib. 2006-cı ildə şirkət Rusiyada paltaryuyan maşınların və soyuducuların istehsalı üzrə zavodu açıb.
Son xəbərlər
Son Xəbərlər