“Türkiyənin “S-400”lərlə bağlı mövqeyi dəyişməyəcək”

turkiyenin-s-400lerle-bagli-movqeyi-deyismeyecek
Oxunma sayı: 1471

“ABŞ Prezidenti Co Baydenlə görüşdə Türkiyənin “F-35” və “S-400” məsələləri ilə bağlı mövqeyinin dəyişməyəcəyini bildirdim”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Türkiyə olaraq həm “F-35”, həm də “S-400” məsələsində fərqli bir addım atmağımızı gözləməyin. Çünki biz “F-35” məsələsində üzərimizə düşəni etdik və maddi olaraq verməli olduğumuzu verdik. “S-400” ilə əlaqəli olaraq isə biz sizdən “Patriot” istədik, siz vermədiniz. Tam əksinə, bazalarımızda mövcud olanları da götürdünüz. Beləliklə, biz nə etməli idik? Öz başımızın çarəsinə baxmalı idik. Biz bütün haqlarımızın arxasınca gedəcəyik.

Müdafiə sənayesi ilə bağlı bütün məsələləri və birgə ata biləcəyimiz addımları müzakirə etməyə davam edəcəyik. Növbəti müddətdə xarici işlər nazirimiz, milli müdafiə nazirimiz və müdafiə sənayesi nazirimiz həmsöhbətləri ilə görüşərək bu prosesi davam etdirəcəklər”,- deyə Türkiyə Prezidenti qeyd edib.