Türkiyənin tanınmış DJ-dən əkizlərə evlilik təklifi- - Fotolar

turkiyenin-taninmis-dj-den-ekizlere-evlilik-teklifi-
Oxunma sayı: 3769


“Qafqazinfo”nun məlumatına görə, ötən gün əkizlər şou əhlini və media nümayəndələrini başına toplayaraq sözləri Nado, musiqisi Nurlan Təhməzliyə məxsus olan “Əzab” mahnısı və klipini təqdim ediblər. Təqdimatda ifaçıların sənət dostları Ayan Babakişiyeva, Xatun, Emil Bədəlov, Yaşar Yusub, Niyam Salami, Üzeyir Mehdizadə, Mirkamil Kamilov, Ramal İsrafilov, Leyla Ramazanlı, Sevinc Ağaşirinova, “Dostlar” qrupunun solistləri, prodüser Təranə Səmədova və başqaları iştirak ediblər. Mərasimdə ən yadda qalan məqam isə bəstəkar Rövşən İlknurinin qonaqlara bacılar barədə təqdim etdiyi səs yazısı olub. Belə ki, bəstəkar Türkiyənin tanınmış dj-i Koray Akyüreklierin “Damar FM”də təqdim etdiyi proqramda Sevincə etdiyi evlilik təklifinin səs yazısını dinlədib. 

“Hər səhər “Xəzər” telekanalında proqram təqdim edən Sevil Sevinc bacılarının birinə aşiq olmuşam. Onları səhv salıram. Bu iş necə olacaq bilmirəm. Türkiyədə yaşayan azərbaycanlı gənci olaraq düşünürəm ki, gedib qızın qolundan tutub qaçırtmaq lazımdır. Təbii ki, belə etmək olmaz. Allahın izni ilə burdan səslənirəm. İkinizdən birinə aşiqəm amma kimə olduğunu bilmirəm.  Adları səhv salıram, ikinizdə eyni geyinirsiniz, ikinizdə çox şirinsiniz.  Ekranda daim sağ tərəfdə dayanan bacıya aşiqəm”-deyə dj efirdən Sevincə səslənib.

Könül