Türkiyənin tanınmış iş adamı dünyasını dəyişdi

turkiyenin-taninmis-is-adami-dunyasini-deyisdi
Oxunma sayı: 6122

Beynəlxalq qida tədarükçüsü olan “Hakan Agro” şirkətinin sahibi Hakan Bahçeci Dubayda infarkt keçirərək dünyasını dəyişib.

“Qafqazinfo”nun “Hürriyet”ə istinadən xəbərinə görə, bu barədə iş adamının yaxınları məlumat verib.

Qeyd edək ki, “Hakan Agro” 6 qitədə ildə 6 milyon ton ticarət həcminə malikdir. Şirkətin 24 ölkədə ofis və mərkəzi var.