Türkiyənin tanınmış arabesk ifaçısı Tüdanya infarkt keçirib.
“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, evində halı pisləşən sənətçi xəstəxanaya yerləşdirilib. Tüdanyanın ürəyinə gedən hər iki damarın tutulduğu məlum olub və onlardan birinə stend qoyulub. Digər damara isə 15 gün sonra stend qoyulacaq.
Qeyd edək ki, Tüdanya “Seni sevmeyen ölsün” mahnısı ilə daha çox məşhurdur.

Son xəbərlər
Son Xəbərlər