Türkiyənin təhsil naziri Azərbaycandadır

turkiyenin-tehsil-naziri-azerbaycandadir
Oxunma sayı: 1002

Türkiyənin milli təhsil naziri Mahmut Özerin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

 “Qafqazinfo” xəbər verir ki, bu haqda Azərbaycanın Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində qonaqlar Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub.

Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, həmçinin "Türk şəhidliyi" abidəsi ziyarət edilib.