“Bu gün Kiyev, Xarkov, Odessa, Zaporojye və Lvovdan can Azərbaycan vətəndaşları da daxil olmaqla daha 2 604 qardaşımız yola çıxdı”.
“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi tvitter hesabında bildirib.
Bununla da bu günə qədər təxliyə edilən Türkiyə vətəndaşlarının sayı 8 050-yə çatıb. Nazir qeyd edib ki, vətəndaşların təhlükəsiz təxliyəsi üçün çalışmalar davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər