“Qafqazinfo” xəbər verir ki, türk hava sahəsini pozarkən türk döyüş təyyarələri tərəfindən vurulmuş Suriya döyüş təyyarəsinin pilotu danışıb.
Görüntüləri yayımlanan pilot vurulan təyyarədən paraşütlə atladığına görə, sağ qalıb. Suriya dövlət agentliyi adını açıqlamadığı pilotun hadisə ilə bağlı fikirlərinə yer verib. Pilot təyyarəsinin Türkiyə sərhədinin 7 kilometr içərisində vurulduğunu deyib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri ölkənin qanunsuz olaraq hava məkanına daxil olmuş Suriya döyüş təyyarəsini vurublar. Təyyarəyə ölkə hüdudlarını tərk etmək üçün 4 dəfə xəbərdarlıq edilib, pilot xəbərdarlığa məhəl qoymadığına görə, təyyarəni vurmaq əmr olunub. Raketlə vurulan təyyarə Suriya ərazisində yerə düşüb.