Türkiyənin yeni Atası...

turkiyenin-yeni-atasi
Oxunma sayı: 1772


«Hürriyet» qəzeti ötən həftə məlumat yayıb ki, bu ilin martında Fərat çayı üzərində açılacaq körpü müasir Türkiyənin ən nəhəng mühəndislik layihələrindəndir. Körpü Ərdoğanın adı veriləcək ən mühüm struktur da sayıla bilər. Nəqliyyat naziri Lütfi Elvan deyib ki, vətəndaşlar körpünün prezidentin şərəfinə adlandırılmasını istəyir və ideya «hörmətli prezidentə çatdırılacaq, razılaşsa, Rəcəb Tayyib Ərdoğanın adı körpüyə veriləcək».

Tənqidçilər isə ölkə lideri ətrafında şəxsiyyətə pərəstişin artdığından narahatdır. «The Guardian» yazır ki, İstanbulda nəhəng bir aeroport tikintisi də planlaşdırılır və Elvan özü həmin aeroporta Ərdoğanın adını verməyi təklif edib. Prezident artıq Türkiyədə bir neçə obyektə, Qara Dəniz sahilindəki Rizə şəhərində bir universitetə, İstanbulda stadiona adını qoyub. Ancaq yeni körpü onun adını daşıyacaq ən böyük layihə olacaq.

«Körpü Atatürk gölü bəndi ilə kəsişir. Bu bənd 1980-ci illərdə Türkiyənin ən böyük layihələrindən olub və dünyəvi dövlətin banisi Mustafa Kemal Atatürk-ün adını daşıyır. Tənqidçilər islamçı-köklü Erdoğan-ın Atatürk-ün müasir Türkiyə lideri statusunu ələ keçirməyə çalışmaqda ittiham edirlər», - «The Guardian» qeyd edir.

Azadliq.org