Türkiyənin yeni səfirindən ilk açıqlama

turkiyenin-yeni-sefirinden-ilk-aciqlama
Oxunma sayı: 1937

Türkiyənin Azərbaycana təyin etdiyi yeni səfir Cahit Bağcı təyinatı ilə bağlı ilk açıqlamanı verib. 

"Qafqazinfo" xəbər verir ki, o bu barədə öz tvitter hesabında yazıb:

"Prezidentimizin təsdiqi ilə məni dost və qardaş ölkənin paytaxtı Bakıya səfir təyin etdilər. Bizi bu qürurlu və şərəfli vəzifələrə layiq bilən Prezidentə təşəkkürümü bildirirəm.

Xarici işlər nazirimiz Mövlud Çavuşoğluna da dəstəyinə görə təşəkkür edirəm. Köklü dostluq, qardaşlıq və sevgi ruhuna sahib bir işçi arı kimi çalışacağıq. Allah bizə üzüağ xidmət etmək imkanı versin".