Türkiyənin yeni səfirindən maraqlı paylaşım - Foto

turkiyenin-yeni-sefirinden-maraqli-paylasim
Oxunma sayı: 2685

Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Cahit Bağcı sosial şəbəkədə maraqlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, yeni səfir diplomatik korpusun yanında yerləşən yaşayış binasında Azərbaycan və Türkiyə bayraqlarının asıldığı eyvanın fotoşəkilini çəkərək öz tvitter hesabında paylaşıb.

C. Bağcı paylaşımına “Təşəkkür, qonşu”,- fikrini qeyd edib.

Qeyd edək ki, Cahit Bağcı Türkiyənin Azərbaycandakı səfiri vəzifəsinə bu ilin 3 aprel tarixində təyin olunub. Ötən gün isə vəzifəsinin icrasına başlayıb.