Çindən sifariş verilən koronavirus peyvəndlərinin ikinci hissəsini daşıyan Türkiyə Hava Yollarının Pekin-İstanbul təyyarəsi İstanbul Hava limanına çatıb.
“Qafqazinfo” xəbər verir ki, ölkəyə bu dəfə 3,5 milyon doza vaksin gətirilib. Peyvəndlərin olduğu konteyner təyyarədən götürülərək anbarlara aparılıb.
Bununla son həftə ərzində ümumilikdə 10 milyon doza peyvənd Çindən Türkiyəyə gətirilib.
Xatırladaq ki, 10 milyon doza ilkin peyvənd tədarükünün 6,5 milyon dozası yanvarın 25-i Türkiyəyə gətirilmişdi.


Son xəbərlər
Son Xəbərlər