Türkiyəyə göndərilən amfibiya təyyarəsinin - Fotoları

turkiyeye-gonderilen-amfibiya-teyyaresinin
Oxunma sayı: 4455

Xəbər verdiyimiz kimi, Türkiyənin Muğla bölgəsindəki yanğını söndürmək məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə ora göndərilir. 

“Qafqazinfo”nun fotoqrafı Müzəffər İsmayılov amfibiya təyyarəsinin yola salınması üçün aparılan hazırlıq işlərindən fotoları lentə alıb. 

Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında FHN-in Aviasiya xidmətinin rəisi, general-mayor Əşrəf Qasımov bildirib ki, “BE-200ÇS” amfibiya tipli təyyarəsi 10 nəfərlik heyətlə Türkiyənin Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşür. O vurğulayıb ki, təyyarə bu gündən etibarən Türkiyədə baş verən yanğınların söndürülməsi prosesinə qatılacaq.

Xatırladaq ki, “BE-200ÇS” amfibiya tipli təyyarə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə göndərilir. 

***

FHN-ə məxsus amfibia təyyarəsi artıq yola düşüb.