Türkiyəyə ikinci Almaniya şoku - Nazirin tədbiri yenə ləğv olundu

turkiyeye-ikinci-almaniya-soku
Oxunma sayı: 2880

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçinin Almaniyadakı tədbiri ikinci dəfə ləğv olunub.

Qafqazinfo”nun “Posta”ya istinadən verdiyi məlumata görə, nazirin martın 5-də Köln şəhərində Porz prospektində bələdiyyəyə aid salonda saat 18:30-da keçirilməsi nəzərdə tutaln tədbir martın 2-də bələdiyyə tərəfindən ləğv olunmuşdu. Bu qərardan sonra yeni salon axtarışlarına başlanılmış, Nihat Zeybəkçinin Köln yaxınlığındakı Frechen şəhərində yerləşən “Golden Palast” adlı salonda çıxış edəcəyinin elanı verilmişdi. Lakin toplantı salon sahibi ilə administrator arasındakı müqavilənin siyasi yığıncaqları əhatə etmədiyi göstərilərək yenidən ləğv olunub.

Xatırladaq ki, Türkiyənin ədliyyə naziri Bəkir Bozdağın da iştirakı ilə Almaniyada yaşayan türklərlə planlaşdırılan görüşü fevralın 2-də ləğv edilib. Bu hadisə iki ölkə arasında ciddi diplomatik qalmaqal yaradıb. Almaniyanın Ankaradakı səfiri Martin Erdmann Xarici İşlər Nazirliyinə çağırılaraq ona Türkiyənin etirazı şifahi və yazılı nota ilə çatdırılıb.