Rusiya Mülki Aviasiya Təşkilatı (Rosaviasiya) Türkiyəyə uçuşlara tətbiq edilən məhdudiyyətləri aradan qaldırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb. Bildirilir ki, Türkiyə rəsmiləri əlavə təhlükəsizlik tədbirləri mövzusunda zəmanət veriblər. Bunu əsas götürən Rusiya Mülki Aviasiya Təşkilatı uçuşlarla bağlı qoyulan məhdudiyyətləri götürür.
Xatırladaq ki, 15 iyul Türkiyədə dövlət çevrilişi cəhdindən sonra Rusiya Türkiyəyə tarifli təyyarə reyslərini müvəqqəti olaraq dayandırdığını bildirmişdi.
Son xəbərlər
Son Xəbərlər