Türk Hava Yollarına (THY) məxsus, İstanbul- Kayseri səfərini həyata keçirən təyyarədə bombanın olduğu ehtimal olunur.
“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, təyyarə havaya qalxmağa hazırlaşdığı zaman heyət üzvləri tualetin qapısının üzərində “bomba” yazılmış kağız görüblər. Təhlükəsizlik qüvvələrinə xəbər veriləndən sonra sərnişinlər təyyarədən çıxarılıb.
Hazırda təyyarədə polislər tərəfindən bomba axtarışı aparılır.
Son xəbərlər
Son Xəbərlər