Türkiyəyə qadın satan Nərgizə hökm oxundu

turkiyeye-qadin-satan-nergize-hokm-oxundu
Oxunma sayı: 1338


“Qafqazinfo” xəbər verir ki, Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Azad Məcidov sədrlik edib.

Qeyd edək ki, bu il mart ayının 26-da İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Səmədovanın qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyması aşkar edilib. Törətdiyi əmələ görə ona Cinayət Məcəlləsinin 144-1 maddəsi (insan alveri) ilə ittiham irəli sürülüb.

Məhkəmənin hökmü ilə N.Səmədova 4 il müddətinə azadlıqdan məhrum edilib.