“Türkiyəyə sanksiya tətbiq edənlərin NATO-ya daxil olmasına “hə” demərik” - Ərdoğan

turkiyeye-sanksiya-tetbiq-edenlerin-nato-ya-daxil-olmasina-he-demerik
Oxunma sayı: 2856

"Hər iki ölkənin terror təşkilatları ilə bağlı qəti mövqeyi yoxdur".

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveç və Finlandiyanın NATO-ya üzv olması məsələsindən danışarkən deyib.

“Aparıcı NATO ölkələri Yunanıstanı dəstəkləyirmi? Bəli. Biz onlara necə inanacağıq? İsveç artıq terror təşkilatları üçün inkubasiya mərkəzidir. Parlamentlərində PKK tərəfdarları var. Bazar ertəsi Türkiyəyə gələcəklər. Yorulmasınlar, Türkiyəyə sanksiya tətbiq edənlərin təhlükəsizlik təşkilatı olan NATO-ya daxil olmasına “hə” demərik. Biz sancıldığımız yerdən bir daha sancılmarıq”, - Ərdoğan qeyd edib.