Türkiyəyə turnirə gedən millimizin baş məşqçisi infarktdan öldü

Türkiyəyə turnirə gedən millimizin baş məşqçisi infarktdan öldü
Oxunma sayı: 2689

Qılıncoynatma üzrə Azərbaycan milli komandasının məşqçisi Cahangir Səfərov vəfat edib.

“Qafqazinfo” Azərbaycan Qılıncoynatma Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis “European Cadet Circuit” turniri ilə əlaqədar Türkiyənin İstanbul şəhərində səfərdə olarkən qəfil ürəktutmadan dünyasını dəyişib.

Federasiya məşqçinin vaxtsız vəfatından kədərləndiyini bildirir, yaxınlarına dərin hüznlə başsağlığı verir.