“Türkiyәni də məğlub etməliyik”- - 4 ardıcıl qələbə

turkiyni-de-meglub-etmeliyik-
Oxunma sayı: 1815


“Qafqazinfo”nun məlumatına görə, 4 dəfə ard-arda qalib gələn yığmamız bu dəfə  Belçika millisini məğlub edib (3:2). 

Oyundan sonra komandanın üzvləri qələbə haqda danışıblar. Oyunun əsas qəhrəmanlarından olan Ayşәn Әbdülәzimova “Qafqazinfo”ya açıqlamasında rəqibin güclü olduğunu bildirib:

“Belçika çәtin komandadır. Gördünüz ki, 2 dәfә hesabda önә keçdik. Amma onlar bәrabәrlәşdirdi. Tay-brekdә qәlәbә qazandıq. Hәr şey yaxşı oldu. Qәlәbә vacib idi. Qarşıda Türkiyә ilә oyun var. Qrup liderliyi uğrunda onlarla döyüşürük. Çalışacağlq ki, onlara qalib gәlәk. Qızıl medal sahibi olmaq fikrindәyik”.

Milli yığmanın digər üzvü Polina Rәhimova isə qələbəni belə şərh edib:

“Belçikaya son dәfә qarşılaşdığımızda 0:3 uduzmuşduq. Bu gün isә onları udduq. Çox çәtin rәqib idi. Hәqiqәtәn gәrgin oldu. Bәzi sәhvlәr etdik. Amma sonuncu setdә toparlandıq. Qarşıda Türkiyә ilә görüş çәtin vә hәlledici olacaq. Finala çıxmaq üçün әlimizdәn gәlәni edәcәyik. Türkiyәni mәğlub edib finala çıxmaq lazımdır. Azarkeşlәr vә hәr kәs bizdәn qızıl medal gözlәyir”.

Elsevər