Türklər Bakıda 2 nəfəri ölümcül döydü

turkler-bakida-2-neferi-olumcul-doydu
Oxunma sayı: 1874


“Qafqazinfo”nun verdiyi xəbərə görə, bir neçə gün öncə baş verən davada iki gənc ölümcül vəziyyətə düşüb.

Hadisə Səbail rayonunda baş verib. Türkiyə vətəndaşları 1986-cı il təvəllüdlü Mehmet Kazankaya və 1991-ci il təvəlllüdlü Mühammet Öztekin gecə saat 03 radələrində Bakı sakinləri 1993-cü il təvəllüdlü Rəfiq Əlili və 1988-ci il təvəllüdlü Babək Əliyevi döyüb. 

Bakı sakinləri xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ilkin olaraq ağır qiymətləndirilib.

Orxan