“Türklər çalışmalıdır ki...” -

turkler-calismalidir-ki-
Oxunma sayı: 776


“Qafqazinfo”nun məlumatına görə, Qənirə Paşayeva Bayburt  Ticarət və Sənaye odasında  çıxışı zamanı  Heydər Əliyevin dediyi kimi “Bir millət iki dövlət” olan Azərbaycan və Türkiyə arasında bütün sahələrdə yüksək səviyyəli əlaqələrin olduğunu və bu əlaqələrin və əməkdaşlığın getdikcə daha da inkişaf etdiyini bildirib. 

O bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. 

“Azərbaycanın  güclənməsi  Türkiyənin, Türkiyənin güclənməsi Azərbaycanın  güclənməsidir”, – deyən millət vəkili Qənirə Paşayeva  hər iki dövlətin liderləri tərəfindən qoyulan irsin məhz bundan ibarət olduğunu bildirib. 

 Azərbaycanı çıx sevdiklərini söyləyən  Bayburt  Ticarət və Sənaye odasıı rəhbərliyi və üzvləri  dəvəti böyük məmuniyyətlə qəbul ediblər və gələcəkdə azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını bildiriblər. Sonda millət vəkili Qənirə Paşayeva Bayburt Ticarət və Sənaye Palatasının rəhbərinə  və üzvlərinə Azərbaycan tarixi və mədəniyyətini, Dağlıq Qarabağ həqiqətlərini  əks etdirən materiallar və müəllifi olduğu kitabları təqdim edib.Bayburtlu olan SOCAR Türkiyə başqanı  Kenan Yavuz və Azərbaycandan bir sıra mədəniyyət və ədəbiyyat xadimləri də iştirak edib. 

Onlar da Azərbaycan-Türkiyə münasibətləri, gələcək prespektivlər və gənc nəsillərin bir-birimizi daha yaxından tanıma və sahiblənmə ruhunda tərbiyə edilməsinin vacibliyi ilə bağlı fikir və düşüncələrini bölüşüb, geniş fikir mübadiləsi aparılıb.

“Qafqazinfo”