Türklər “Eurovision”a qatılmaq istəyir

turkler-eurovisiona-qatilmaq-isteyir
Oxunma sayı: 719

Türklər gələn il “Eurovision”a qatılmaq istəyir. 

“Qafqazinfo” xəbər verir ki, ölkədə kütləvi kampaniyalar təşkil olunub və insanlar arasında sorğu keçirilir. 

Bir qrup Türkiyə vətəndaşı tərəfindən başlanan imzatoplama kampaniyası kütləviləşib. 

Onlayn reallaşan kampaniyanı “Eurovision” fan səhifələri dəstəkləyib və öz rəsmi saytlarında paylaşım etməyə başlayıblar. 

Qeyd edək ki, Türkiyə 2013-cü ildən etibarən yarışmaya qatılmır. Səbəb kimi müsabiqənin siyasiləşdiyini qeyd edib.