Türklər qiyamçı hərbçidən belə qisas aldılar

turkler-qiyamci-herbciden-bele-qisas-aldilar
Oxunma sayı: 6379

Türkiyədə səhər saatlarından etibarən çevrilişə cəhd edən əsgərlər təslim olmağa başlayıb.

Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, səhər hərbçilər Boğaziçi körpüsündə təslim olublar. Bu zaman körpü üzərində toplanan qrup vətəndaş bir hərbçini döyüb.

Belə ki, körpüyə toplaşan izdiham əsgəri təpikləməyə başlayıb, bəzi şəxslər isə “Onu körpüdən aşağı atın”-deyiblər. Döyülən əsgər aldığı xəsarətlərdən huşunu itirib.

Aysel Kərimova