“Qafqazinfo” xəbər verir ki, FİFA Cüneyt Çakıra yarımfinal mərhələsində Hollandiya-Argentina matçını idarə etməyi tapşırıb. Türkiyə yığması bu mundialda iştirak etməsə də, türkiyəli hakimlər ölkələrini lazımi şəkildə təmsil edirlər. Cüneyt Çakıra yarımfinalda Bahaddin Duran və Tarık Onqun yardım edəcəklər.
Xatırladaq ki, Cüneyt Çakır qrup mərhələsində Braziliya-Meksika, Əlcəzair-Rusiya oyunlarını idarə edib. Bu matç iyulun 9-dan,10-na keçən gecə Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.
İqbal
Son xəbərlər
Son Xəbərlər