Türkmənistan millisi viza ala bilmədi, Bakıdakı oyunlar ləğv olundu

turkmenistan-millisi-viza-ala-bilmedi-bakidaki-oyunlar-legv-olundu
Oxunma sayı: 2587

Azərbaycan millisinin Türkmənistan yığma komandası ilə yoldaşlıq oyunları ləğv olunub.

“Qafqazinfo” Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, sənədləşmə porsesini vaxtında etmədiyinə və ölkəmizə giriş üçün viza ala bilmədiyinə görə, Türkmənistan millisinin Bakıya səfəri təxirə salınıb.

Buna görə də, Azərbaycan millisinin bu rəqiblə keçirəcəyi oyunlar, eləcə də avqustun 9-dan 20-dək nəzərdə tutulan təlim-məşq toplanışı ləğv olunub.