Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Beynəlxalq Atçılıq İdman Kompleksində türkmən atlarına həsr olunmuş milli bayramda Rovaç adlı Axaltəkə atı haqqında rep oxuyub.
“Qafqazinfo”nun məlumatına görə, repin sözləri prezidentə, musiqisi isə nəvəsi Kərimquluya məxsusdur.
Qeyd olunur ki, Rovaç bu il yanvarın 1-də dünyaya gəlib və o, Türkmənistanın rifah simvoluna çevrilib.
Klip “Türkmənistanın xronikası” yutube-kanalında yerləşdirilib. Berdıməhəmmədovu nəvəsi gitarada müşayiət edib.
Son xəbərlər
Son Xəbərlər