"Qafqazinfo" xəbər verir ki, modern.az saytına danışan müğənni Əli Mirəliyev qəzəbini və kinayəsini gizlədə bilməyib.
“İnanımmı” adlı o mahnı Azərbaycan musiqisi deyil, kiçik xalqların musiqisidir. Sözləri Azərbaycan sözləri ola bilər, melodiyası türkmən melodiyasıdır. Ona görə də Türkmənistan prezidentinə “İnanımmı” mahnısını oxumaq asandır. Yəni o, öz mahnılarını ifa edib. “Maral”lar, “Ay canı yanmış”lar, “İnanıb inanmıyanlar” Azərbaycan musiqisini məhv elədilər”, – deyə Ə. Mirəliyev qəzəblə qeyd edib.
Əli Mirəliyevin dediyindən belə çıxıb ki, Rəqsanə nə zamansa türkmən mahnısının musiqisini götürüb və ona Azərbaycan dilində sözlər yazdıraraq, “İnanımmı” adı ilə ifa etməyə başlayıb.
Qeyd edək ki, Türkmənistan prezidenti Qurbanqulu Berdimuhəmmədovun son günlərdə internetdə yayılan videosunda Rəqsanə İsmayılovanın oxuduğu “İnanımmı” mahnısının eynisi təkrarlanıb. Bu ifada musiqi eyni, sözlər fərqli olub. Türkmən prezidentin bu ifası son iki gündə Azərbaycan mediasında və sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib.
Rəqsanənin sözügedən mahnısını videonun 4:28-ci saniyəsində izləyəbilərsiniz:
Son xəbərlər
Son Xəbərlər