Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov yaxın vaxtlarda beynəlxalq uçuşların bərpası barədə göstəriş verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Prezident Berdiməhəmmədov Nazirlər Kabinetinin onlayn iclasında danışıb.
O, dünyada Covid-19 hadisələrinin normallaşdığını və bir çox ölkədə beynəlxalq səfərlər edildiyini bildirib.
Qeyd edək ki, iyunun 1-dən Türkmənistan həftədə bir dəfə Aşqabad-Dubay və Aşqabad-Kazan istiqamətlərinə müntəzəm uçuşlar həyata keçirməyə başlayıb.
Son xəbərlər
Son Xəbərlər