Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı yanvarın 3-də Xəzər dənizinin Türkmənistan sahillərindən 65-70 km uzaqlıqda 2 kişi cəsədi aşkar edilib və Türkmənistana aid gəminin göyərtəsinə qaldırılaraq Kiyanlı dəniz limanına aparılıb. Cəsədlərə ilkin baxış zamanı birinin geyiminin üzərində “Azneft” sözləri yazıldığı müəyyən edilib.
FHN-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata bgörə, FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədlərin tanınması və respublikaya gətirilməsi üçün Türkmənistana yola düşüb.
***
“Qafqazinfo”nun xəbərinə görə, Türkmənistanda olan SOCAR əməkdaşları tərəfindən aparılmış ilkin baxış nəticəsində verilmiş məlumata əsasən tapılanlar ''Günəşli'' yatağında baş vermiş qəza nəticəsində itkin düşmüş Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğlunun cəsədləridir. Onların nəşləri yaxın vaxtda vətənə gətiriləcək.
Son xəbərlər
Son Xəbərlər