Türkmənistanda seçkiqabağı kampaniyaya start verildi

turkmenistanda-seckiqabagi-kampaniyaya-start-verildi
Oxunma sayı: 1705

Türkmənistanda bu gündən etibarən növbədənkənar prezident seçkiləri ilə bağlı seçkiqabağı kampaniya başlayıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, kampaniyanın birinci mərhələsi namizədlərin irəli sürülməsindən ibarət olacaq.

Ölkə qanununa əsasən, siyasi partiyalar və yaxud vətəndaş qrupları namizəd irəli sürə bilər.

Ölkədə 3 partiya fəaliyyət göstərir: Demokratik Partiya, Aqrar partiya və Sənayeçilər və Sahibkarlar Partiyası.

Türkmənistan Prezidenti 7 il müddətinə seçilir.

Xatırladaq ki, ölkədə növbədənkənar prezidet seçkiləri martın 12-si keçiriləcək.