TURKOVAC-ın 3-cü faza fəaliyyəti Azərbaycanda da aparılacaq

turkovac-in-3-cu-faza-fealiyyeti-azerbaycanda-da-aparilacaq
Oxunma sayı: 1642

“TURKOVAC peyvəndinin 3-cü faza işləri 29 mərkəzdə 40 min 800 nəfər üzərində aparılacaq”.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bunu səhiyyə naziri Fəxrəddin Qoca deyib. O bildirib ki, 3-cü faza fəaliyyəti Macarıstan, Azərbaycan və Qırğızıstanda da aparılacaq.

“Əlavə olaraq, bir neçə ölkəni də bura əlavə etmək istəyirik. Bununla bağlı müzakirələr davam edir”, - deyə türkiyəli nazir bildirib.