“Qafqazinfo”nun məlumatına görə, ifaçı bu gün səhnəyə çıxacağı “Eurovision” mahnı müsabiqəsindən danışıb:
““Eurovision”a göndərilməyim çox sürətli oldu. Bir yarışmadan yeni çıxmışdım və bir başqa yarışmaya qatılmağım tələb olunurdu. Nəticədə hər iki layihə də kiçik diametrli işlər deyil. Bu səbəbdən çox həyəcanverici idi. 2008-ci ildə də ölkəmi “Eurovision”da təmsil etmiş, səkkizinci olmuşduq. Bəlkə də "O səs Türkiyə" dəki performansım və aldığım dərəcədən təsirlənib məni yenidən müsabiqəyə göndərdilər”.
Hüseynov türk dilini öyrənməyə çalışdığını da qeyd edib:
“Türk dilini yavaş-yavaş təkmilləşdirirəm. Bir il əvvəl heç türkcə bilmirdim. Danışmağı "Muhteşem yüzyıl"ı izləyərək öyrəndim. Azərbaycan, türk, ingilis, rusca bilirəm. Türk dilində pop mahnılar oxuya bilirəm, amma türkü də oxumaq istəyirəm. Ebru Gündəşdən xahiş edəcəm ki, türkü oxumağı mənə öyrətsin”.
Könül
Son xəbərlər
Son Xəbərlər