Türmədə gizlətdiyi tapançanı təhvil verdi

turmede-gizletdiyi-tapancani-tehvil-verdi
Oxunma sayı: 2522

Məhkum silahını təhvil verib.

“Qafqazinfo”nun Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumatına görə, xidmət əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində 1989-cu il təvəllüdlü, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən, 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Məmmədov Ramin Qafar oğlu könüllü olaraq bir ədəd odlu silah hesab edilən, 9 mm kalibrli “Valtro-85 Combat” tipli tapançanı təhvil verməyə razı olduğunu bildirib.

R.Məmmədovun xahişi ilə onun tanışı, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü vətəndaş Həşimov Zamir Əhədəli oğlu tərəfindən qeyd olunan silah Penitensiar Xidmətin əməkdaşlarına təqdim olunub.

Odlu silah aidiyyəti üzrə Bakı şəhəri, Nizami rayon Polis İdarəsinə təhvil verilib.