Türməyə toyuqda narkotik keçirmək istədi - Fotolar

Türməyə toyuqda narkotik keçirmək istədi - <font color=red>Fotolar</font>
Oxunma sayı: 241

“Qafqazinfo”nun Penitensiar Xidmətin rəsmi saytına istinadən verdiyi məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1965-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Quliyeva Nübar Adil qızının yanına qısamüddətli görüşə gəlmiş bacısı Fətəliyeva Fizzə Adil qızının gətirdiyi sovqata baxış keçirilib.

Bu zaman toyuğun içərisində yerləşdirilmiş ağ selofana bükülü qırmızı rəngdə 100 ədəd həb və özünə məxsus qara rəngli çantasının içərisində qara rəngli selofon kəsiyinə bükülmüş, xalis çəkisi 3,237 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Eldar Tanrıverdiyev


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi