Turnir başa çatdı

turnir-basa-catdi
Oxunma sayı: 641

“Qafqazinfo” xəbər verir ki, yarışda 7 ölkədən 150 boksçu iştirak edib. Azərbaycanı Heybətulla Hacəliyev, Elvin İsayev, Rəhim Nəcəfov, Samir Məmmədov kimi tanınmış boksçular təmsil edib. Samir Məmmədovla (56 kq), Kamran Mehdiyev (91 kq) turniri 3-cü yerdə başa vurublar. Samir Məmmədov həm də “Qələbə əzminə görə” mükafatına layiq görülüb.

Avropa çempionatının bürünc mükafatçısı, London Olimpiadasının iştirakçısı Heybətulla Hacəliyev (64 kq) Ajibay Janibeklə ilk döyüşdə zədələnərək, görüşü sonadək davam etdirə bilməyib.

Qeyd edək ki, Qazaxıstanda keçirilən turnir bu ölkənin ilk idman ustası Şoxra Boletkulunun xatirəsinə həsr olunub.