Topaz Premyer Liqasında XIX turun oyun cədvəli açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, iki gün davam edəcək tura Gəncədə start veriləcək.
Turun ilk görüşündə “Kəpəz”lə “Qəbələ” qarşılaşacaq. İlk oyun günü “Neftçi” – “Keşlə” matçı ilə yekunlaşacaq.
Ertəsi gün “Səbail” – “Sumqayıt” qarşılaşması ilə başlayacaq. “Qarabağ”la “Zirə” arasında mərkəzi görüş martın 10-da saat 19:00-da başlayacaq.
Topaz Premyer Liqası
XIX tur
9 mart (cümə)
15:00. “Kəpəz” – “Qəbələ”
Gəncə şəhər stadionu
18:00. “Neftçi” – “Keşlə”
8-ci km qəsəbə stadionu
10 mart (şənbə)
17:00. “Səbail” – “Sumqayıt”
“Bayıl Arena”
19:00. “Qarabağ” – “Zirə”
“Azərsun Arena”
Son xəbərlər
Son Xəbərlər