Tüstüdən boğularaq öldü

tustuden-bogularaq-oldu
Oxunma sayı: 962


“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 9-da saat 03 radələrində Nəsimi rayonunda yaşayan Qafar Yusifovun mənzilində yanğın baş verib.

Nəticədə ümumi sahəsi 20 kvm. olan 1 otaqlı evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb.

Yanğın söndürüldükdən sonra Q.Yusifovun meyiti tapılıb. Onun tüstüdən boğulduğu ehtimal olunur.