“Sədərək” ticarət mərkəzində yanğın baş verməsi səbəbilə 1 nəfər tüstüdən zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
Bu barədə “Qafqazinfo”ya TƏBİB-dən bildirilib.
İki nəfərə isə tüstüdən zəhərlənmə səbəbilə yerində yardım göstərilib.
Qeyd edək ki, TƏBİB-in tabeliyindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına saat 18:22 radələrində “Sədərək” ticarət mərkəzində yanğın olması ilə bağlı çağırış daxil olub.
Yanğın səbəbilə hadisə yerinə 4 təcili tibbi yardım briqadası cəlb olunub.
***
DİN-dən verilən məlumata görə, yanğın zamanı təhlükəsizlik tədbirlərinə cəlb olunan bir polis əməkdaşı tüstüdən zəhərlənib.
Polis əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Müalicəsi davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər