Tüstüdən yolu görmədi, maşını yanan əraziyə aşdı

tustuden-yolu-gormedi-masini-yanan-eraziye-asdi
Oxunma sayı: 2867

Göyçayda baş verən yanğın ağır qəzaya səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Şıxbəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, yol kənarında kol-kosun yanması duman qatı yaradıb və sürücülərin hərəkətində çətinlik yaradıb. Bu səbəbdən rayon sakini, 1961-ci il təvəllüdlü İlqar Vəliyev idarəetməni itirib və onun maşını yoldan çıxaraq yanan kol-kos ərazisinə aşıb. 

Hadisə nəticəsində sürücü ağır xəsarətlər alıb, avtomobili isə yanaraq yararsız hala düdüb.

Faktla bağlı araşdırma aparılır.