Tut yuyulmalıdırmı?

tut-yuyulmalidirmi
Oxunma sayı: 15615

Tut hazırda ən çox tələbat olan mövsümi meyvədir. Lakin onun yeməkdən əvvəl yuyulub-yuyulmaması ilə bağlı çoxlu fikirlər var.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, tutda dəmirin miqdarı çox olduğundan yaxşı qan yaradıcı xassəyə malikdir, qanın keyfiyyətini artırır. Ona görə anemiya, qan azlığı olanlar bu meyvədən ilboyu təzəsini yeməlidirlər.

Amma necə, yəni tut yuyulub yeyilməlidir, yoxsa buna ehtiyac yoxdur?

Tutun tərkibində olan çox sayda A və digər qrup vitaminlərin orqanizmə saysız faydaları var. Həmin vitaminlərin də yuyulan zaman su ilə axmaması üçün tutu yumaq məsləhət görülmür. Çünki yuma proseduru vitaminlərin su ilə axmasına səbəb ola bilər.

Tut onsuz da çox zərif meyvədir, ona görə onu yumaq olmaz. Çünki zəngin vitamin tərkibi ilə yanaşı, böyük enerji mənbəyi olan tutun bir zərrəsi də boşa getməməlidir. Həmçinin, bu zaman meyvənin ləziz dadı da dəyişilir.

Qeyd edək ki, tutun min bir faydalarından  biri də immuniteti möhkəmlədirməsi, qaraciyəri təmizləməsi, ürək, qan-damar sağlamlığını qorumasıdır.