Yeni Zelandiyada iki məscidə hücum edən Brenton Tarransın terror planı ilə bağlı yeni təfərrüat ortaya çıxıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda ölkənin baş naziri Casinda Ardern məlumat verib. Onun sözlərinə görə, Tarrant terror hücumunu davam etdirməyi planlaşdırıb. Belə ki, onun maşınından 2 silah tapılıb: “Avstraliya vətəndaşı olan Tarrant terraktdan 36 dəqiqə sonra ələ keçirilib. Maşınında tapılan silahlar onu deməyə əsas verir ki, qatil hücumu davam etdirmək niyyətində olub”.
Qeyd edək ki, 28 yaşlı Tarrant iki məscidə 5 silahla hücum edib. Həmin silahların üzərində müxtəlif dövrlərdə müsəlmanları qətlə yetirən şəxslərin adları yazılıb.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər