“Tutu”ya məcburi göstəriş...

tutuya-mecburi-gosteris-
Oxunma sayı: 1175


“Qafqazinfo” xəbər verir ki, aparılan dövlət nəzarəti nəticəsində müəssisədə əməyin mühafizəsi norma və standartlarına əməl olunmadığı, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması üçün profilaktiki tədbirlərin həyata keçirilmədiyi, işçilərin fərdi mühafizə  vasitələri ilə təmin olunmadığı aşkar edilib. Əmək  şəraitinin işçilərin həyat və sağlamlığı üçün ciddi təhlükə doğurduğu bu istehsalat sahəsində eyni zamanda işçilərin böyük qisminin qeyri-leqal əmək fəaliyyətinə cəlb edildiyi də məlum olub. Müəssisədə aşkar olunan hüquq pozuntuları aradan qaldırılanadək işlər dayandırılıb, həmçinin müəssisənin sahibinə icrası məcburi olan göstərişlər verilərək, icrası nəzarətə götürülüb. 

“Xəzri-E” MMC-də aparılan araşdırma da burada əmək qanunvericiliyinə əməl olunması, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması sahəsində ciddi nöqsanların aşkar edilməsi ilə nəticələnib. Bu müəssisədə də nöqsanlar aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb.