Tuyqun Nadirov gizlədir - Klub daha 40 min dollar ödəməlidir

tuyqun-nadirov-gizledir
Oxunma sayı: 1148

FİFA-nın qərarına əsasən bir neçə futbolçuya borcu olan “Xəzər Lənkəran”da problemlər bitmir.

“Qafqazinfo” xəbər verir ki, Con Toşakın gedişindən sonra komandadan göndərilən ispaniyalı müdafiəçi Alvaro Silva da cənub təmsilçisindən ali futbol qurumuna şikayət edib və FİFA məsələni oyunçunun xeyrinə həll edib. 

Bu barədə futbolçu özü saytımıza açıqlamasında bildirib: ““Xəzər Lənkəran”ın mənə borcu var idi. Vermədilər və FİFA-ya şikayət etdim. 1 il öncə verdiyim şikayət ali futbol qurumu tərəfindən mənim leyhimə həll olundu. Hazırda onların qərarına görə “Xəzər Lənkəran” mənə 40 min dollar ödəməlidir. Amma yenə də xəbər yoxdur”.