Xəbər verdiyimiz kimi, bu gün Klublar Komitəsinin iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, iclasda ən diqqət çəkən məqam “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovun iştirak etməməsi olub.
KK-nın sabiq sədrinin iclasa gəlməməsinin səbəbi isə “Palmali” şirkətlər qrupunun İstanbul ofisindən Bakıya qonaq gəlməsidir. Türkiyədən gələn qonaqlar bu gün Azərbaycanda vacib görüşlər keçirəcək. Şirkətin gələcəyi ilə bağlı müzakirələr aparılacaq. Bu səbəbdən də Nadirov iclası buraxmalı olub.
Qeyd edək ki, onun yerinə iclasda “Xəzər Lənkəran”ın meneceri Elvin İsmixanov iştirak edib.
Son xəbərlər
Son Xəbərlər