“Qafqazinfo” “Tvente” klubunun qapıçısı Sonni Stevensin “apasport.az” saytına verdiyi müsahibəni təqdim edir.
- Azərbaycan təmsilçisi ilə görüşlərdən nə gözləyirsiniz?
- Düzünü desəm, komandanız haqda geniş məlumatım yoxdu. Amma dəqiq bildiyim odu ki, çox maraqlı qarşılamalar olacaq. Həmin oyunlara qədər isə biz hələlik ölkə çempionatını düşünürük.
- “Tvente” və “Qarabağ” 5 il öncə üz-üzə gəliblər. Həmin görüşlərdən də xəbəriniz yoxdu?
- Bu haqda mənə püşkatmadan sonra komanda yoldaşlarım danışdı. Amma həmin vaxt mən bu komandada olmamışam. Sadəcə, bu iki komandanın elə Avroliqada qarşılaşdığını eşitmişəm. Həmin oyun da səhv etmirəmsə, pley-off mərhələsində olub və mərhələni “Tvente” keçib. İnanıram ki, bu dəfə də belə olacaq.
- Bu inam sizdə hardandı? Hər halda, “Qarabağ” da zəif komanda deyil, Avroliqaya Çempionlar Liqasından gəlib...
- Xəbərim var. Rəqibimiz Avstriyanın “Zalsburq” klubuna uduzublar. Amma cütün favoriti “Tvente”di.
- “Qarabağ”ın “Zalsburq”la oyunlarını izləmisiniz?
- Qısaldılmış videosuna baxdım. “Qarabağ” yaxşı komandadı, “Zalsburq” kimi komandanı öz meydanında məğlub edib. Bildiyimə görə, Avstriyada müəyyən problemlər üzündən əsas futbolçulardan bir neçəsi iştirak etməyib. Ona görə də uduzublar.
- Rəqibin heyətində tanıdığınız futbolçu var?
- Yalnız Reynaldo haqqında eşitmişəm. Amma onun barəsində də çox şey bilmirəm. Amma vaxt keçdikcə öyrənməyə çalışacağıq.
- “Tvente” cütün favoriti sayılsa da, komandanızın əvvəlki qədər yaxşı oynamadığını da söyləyənlər çoxdu...
- Fikrimcə, bütün bunlar yanlış fikirlərdi. Çünki Hollandiya çempionatının səviyyəsi hər kəsə bəllidi. Əgər biz burada III pillənin sahibi olmuşuqsa, deməli, özümüzə tam güvənə bilərik. İnanıram ki, bunu Avroliqada da sübut edəcəyik.
Son xəbərlər
Son Xəbərlər