Tvit atdı, 14 milyard ziyana düşdü

tvit-atdi-14-milyard-ziyana-dusdu
Oxunma sayı: 2349

Elektrik avtomobilləri istehsal edən "Tesla" şirkətinin səhmləri, şirkətin qurucusu və icraçı direktoru Elon Maskın "Twitter"dəki paylaşımından sonra 10 faiz dəyər itirib.

"Qafqazinfo" xəbər verir ki, Elon Mask öz "Twitter" hesabında "Tesla"nın bazar qiymətinin çox yüksək olduğunu ifadə edib:

"Məncə Tesla səhmlərinin qiyməti həddən artıq yüksəkdir". 

Maskın bu tvitindən sonra Teslanın bazar dəyəri kəskin şəkildə aşağı düşərək 10,3 faiz dəyər itirib. Bu təxmini olaraq 14 milyard ABŞ dolları deməkdir. Amerikanın "Wall Street Journal" nəşrinin Maska zarafat edib-etmədiyi sualına o "Xeyr" cavabını verib.

Qeyd edək ki, Teslanın səhmləri bu il əhəmiyyətli dərəcədə dəyər qazanıb. Şirkətin bazar dəyəri müəyyən dövrdə hətta 100 milyard dollara yaxınlaşmışdı.