Tviter sosial şəbəkəsi ənənəvi loqosunu geri qaytarıb.
“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkəyə daxil olduqda “Dogecoin”in loqosu əvəzinə daha əvvəlki quş loqosunu görmək mümkündür.
Xatırladaq ki, aprelin 3-ü şirkətin rəhbəri İlon Mask ənənəvi quş loqosunu “Dogecoin”lə (kriptovalyuta) dəyişib. Sosial şəbəkənin loqosunun dəyişdirilməsinin nə ilə əlaqədar olduğu açıqlanmayıb. Buna baxmayaraq, bu günlər ərzində kriptovalyutanın qiyməti 25% artıb.
Həmçinin oxuyun: Девушка Пике изменила ему с Гвардиолой


Son xəbərlər
Son Xəbərlər